Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə 26 avqust tarixində FHN-nə istinadən xəbər veririk.
Hadisə yaşayış binasının 1-ci mərtəbəsində qeydə alınıb. Pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac və 20 p.m kabel yanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər digər mənzilləri yanğından mühafizə edə biliblər.