Sumqayıt şəhərinin 58 saylı körpələr evi-uşaq bağçasının təmirə ehtiyacı var. Bu haqda bu gün, 21 yanvar tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, H.Z. Tağıyev qəsəbəsində yerləşən bu bağça uzun illərdir ki, əsaslı təmir olunmur. Ərazidə yerləşən yelləncəklər uşaqların oynamağı üçün yararlı deyil. Onların təməlinin əyilməsi, körpələr üçün təhlükəli ola bilər.
Bağçanın ətrafında olan çəpərin dəmir barmaqlıqları yerindən çıxıb. Söhbətgahın tavanı isə dağılmış vəziyyətdədir. [modula id="8392"]