Sumqayıtda Abşeron-Xızı Regional Təhsil İdarəsin yaradılır. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, regional təhsil idarəsi Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının təhsil şöbələrinin əsasında yaradılacaq.
Xatırladaq ki, Prezident 20 dekabr 2021-ci ildə müvafiq sərəncam imzalamışdır.