Üzun illər Sumqayıtda yaşamış yazıçı vəfat edib. Bu haqda 27 oktyabr tarixində Sumqayıt24 Sumqayit.tv-yə istinadən məlumat verir.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, istedadlı şair, publisist, “Sənsiz olanda”, “Vətəni qürbətdə yaşadanlar”, “Ömürdən 50 yarpaq”, “İki dünya arasında” və “Ömür tanrı əmanəti” kitablarının müəllifi Əli Rafiq oktyabrın 26-da ömrünün 66-cı ilində dünyasını dəyişib.
Allah rəhmət eləsin!