Sumqayıtın "Ağıllı şəhər" konsepsiyası hazırlanacaq. Bu haqda 16 dekabr tarixində Azvision.az-a istinadən xəbər veririk.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva bildirib ki, pilot layihə üzrə 2023-cü ilin birinci rübündə işlərə başlanılacaq. Konsepsiyanın parkinq, vayfay və ictimai nəqliyyat üzrə həyata keçirilməsi planlaşdırılır.