Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşad Əliyev özünə etiraz edib. Bu haqda Report-a istinadən xəbər veririk.
Sözügedən məhkəmədə vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Sənan Abdullayev və İlqar Atayevin cinayət işi üzrə iclas başlayıb. Prosesə sədrlik edən Rəşad Əliyev özünə etiraz edib. Səbəb isə təqsirləndirilən şəxslərdən biri ilə onun və qohumlarının uzun illər yaxın tanışlıq münasibətlərinin olmasıdır.
Etiraz təmin olunub və cinayət işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.