Sumqayıtda yerləşən aqrar yönümlü şirkət Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb. Bu haqda Marja.az-a istinadən xəbər veririk.
Məlumata görə, dövlət qeydiyyatına alınan şirkət "Sumqayıt Agro" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Hüquqi ünvanı Kimyaçılar qəsəbəsi olan şirkətin nizamnamə kapitalı 400 min 100 manatdır.