Sumqayıtda yaşayan imkansız vətəndaşların sayı açıqlanıb. Sumqayıt24 bu haqda 19 noyabr tarixində Sfera.az-a istinadən xəbər verir.
Cari il oktyabr ayının 1-nə şəhər əhalisi 347,8 min nəfər (məcburi köçkünlər istisna olmaqla) təşkil edib. Məlumata görə, onlardan 2,8%-i, yəni təxminən 9700 nəfər aztəminatlıdır.
Qeyd edək ki, bu göstərici Bakıda 0,95%, Gəncədə isə 2%-ə bərabərdir.