Sumqayıtın keçmiş məhkəmə sədri Səadət Bəktaşi yeni təyinat alıb. Sumqayıt24 bu haqda 1 mart tarixində xəbər verir.
Prezident İlham Əliyev Sərəncam imzalayıb. S. Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bunadək Bakı Apellyasiya Məhkəməsinin hakimi idi. O daha əvvəl Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimi, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.