Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət obyektlərində yoxlama aparıblar. Sumqayıt24 bu barədə 4 noyabr tarixində agentliyə istinadən xəbər verir.
Monitorinq zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Rustavi küçəsində fəaliyyət göstərən "Murad" marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə bağlı nöqsan aşkar olunub. Müəyyən olunmuş nöqsanla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.