Sumqayıtın ictimai nəqliyyatında növbəti biabırçı hadisə yaşanıb.
Sumqayit24.az-ın redaksiyasına 9 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda əyləşən şəxsin salonda siqaret çəkdiyini əks etdirən videogörüntülər daxil olub. Digər sərnişinlər ona irad bildirsələr də, bunun faydası olmayıb.
Xatırladaq ki, ötən ay da eyni marşrutun avtobusunda bənzər hal yaşanıb. Sərnişinlərdən biri uşaq-qadın demədən siqaret çəkərək tüstüsünü salona yayıb.
View this post on Instagram