9 nömrəli avtobusun problemləri tükənmir. Sumqayıt24 bu haqda 17 fevral tarixində xəbər verir.
Marşrut xəttinin, demək olar ki, bütün avtobusları baxımsız vəziyyətdədir. İzləyicimizin göndərdiyi videoda görünür ki, nəqliyyat vasitəsinin arxa qapısı qırılıb və sərnişin onu açılmaması üçün əli ilə tutub. Bundan əlavə, sürücü avtobusu ön qapısı açıq halda idarə edir. Nəticədə salona soyuq hava dolur.