Sumqayıt-Bakı sürət qatarının qrafikində gecikmə yaranıb. Bu haqda 12 sentyabr tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Sumqayıt-Xırdalan-Bakı marşrutu ilə hərəkət edən qatar qrafikə əsasən, saat 10:16-da Bakı stansiyasına çatmalı idi. Qatar mənzilbaşına 12 dəqiqə gecikmə ilə yetişib.
Yağışlı hava şəraiti və qatarın gecikməsi səbəbindən platformada sərnişin sıxlığı yaranıb.