Sumqayıt - Bakı yolunun "Saray postu"nda yaranan tıxacların səbəbləri yol polisi tərəfindən açıqlanıb. Bu haqda XəzərTV məlumat yayıb.
Burada, hər gün Sumqayıtdan paytaxta gedən avtomobillər dayandırılır və sürücülər gözləməli olurlar. Sürücülərin sözlərinə görə, onlar 2 saatadək tıxacda qalırlar və bu səbəbdən tez-tez işlərinə gecikirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik-leytenant Namidan Piriyev bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, belə sıxlıq tək bu "post"da deyil, Bakı-Quba yolunun digər yerlərindədə mövcuddur. Bu səbəbdən, səhər və axşam saatlarında uzun müddətli tıxacın qarşısını almaq üçün avtomobillər şəhərə hissə-hissə buraxılır.
Sonda isə, Piriyev əlavə edib ki, bu tıxacların yaranma səbəblərindən biri ölkədə avtomobil sayının tədricən artmasıdır.