Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov vətəndaş qəbulu keçirib.
Sumqayit24.az xəbər verir ki, görüş zamanı şəhər sakinlərinin fərdi müraciətləri dinlənilib, sosial rifah, infrastruktur və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bu cür birbaşa görüşlər davamlı xarakter daşıyacaq və vətəndaşların iştirakı ilə daha da genişlənəcəkdir.