top
Sumqayıt barədə film çəkən rejissorun doğum günüdür
29 aprel 2025, 00:48
- ↺ +

Sumqayıt barədə film çəkən rejissorun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt haqqında film çəkən görkəmli rejissorun doğum günüdür.

Sumqayit24.az xəbər verir ki, Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, ssenarist və aktyor Əjdər İbrahimovun anadan olmasından 106 il ötür.

Əjdər İbrahimov Aşqabadda dünyaya göz açıb. Burada da orta təhsil alıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada - “Türkmənfilm”ə qayıdıb. Burada “Firuzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş verib. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və “Mosfilm”lə bu studiyanın birgə ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə “Onun böyük ürəyi” filmini çəkib. Bu filmin ssenarisini yazıçı İmran Qasımov qələmə alıb. Film Sumqayıt haqqında, burada gedən quruculuq işləri barədə idi. Süjetdə İkinci Dünya müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilib. Burada rejissor özü də Rəsulov rolunda çəkilib.

Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş ediblər. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. O zaman Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzib. Bu xalqı, onun adət-ənənələrini öyrənib. Kino məktəbi üçün uşaqlar toplayıb. Təhsildən sonra onların hamısına - Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilib. Beləliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri yaradılıb.

Bakıya qayıtdıqdan sonra o, burada “İyirmialtılar” filmini ekranlaşdırıb. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında “Qızıl budaq” mükafatına layiq görülüb. Az sonra Əjdər İbrahimov həmin filmin davamı kimi “Ulduzlar sönmür” tarixi kino əsərini yaradıb. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.

Ə.İbrahimov sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” filmləri rejissorun şöhrətini daha da artırır.

O, müxtəlif ölkələrdə çalışaraq, kino sənətinin inkişaf tapmasında əvəzsiz xidmətlər göstərməsinə baxmayaraq heç zaman Azərbaycanı, doğma torpağını unutmayıb.

Rejissor, eyni zamanda, “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti” və s. kitabların müəllifidir.

Böyük sənətkar 1993-cü il sentyabrın 20-də dünyasını dəyişib. Onun xatirəsi kinosevərlərin qəlbindən heç zaman silinməyəcək. Çünki onun yaradıcılığı insanları daim parlaq və xoş günlərə səsləyir. O, çalışdığı hər bir ölkədə milyonlarla kino həvəskarının sevimlisi olub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Dünən, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Dünən, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Bütün xəbərlər
Dünən, 13:42

Sumqayıtda 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:07

"Tam Store" buna görə CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 12:30

Ardıcıl dörd gün iş olmayacaq – TARİXLƏR

Bütün xəbərlər
Dünən, 12:00

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtlıları noyabrda maraqlı səma hadisəsi gözləyir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Dünən, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Dünən, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
01 noyabr 2026, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
01 noyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

Oxşar xəbərlər