Sumqayıt Baş Gömrük İdarəsində kadr dəyişikliyi baş verib. Bu haqda Bizim.media məlumat yayıb.
Məlumata əsasən, İdarənin rəisi Vəzir Həsənov tutduğu vəzifədən azad olunub. Həsənovun yerinə Coşqun Əhmədzadə təyin edilib.
Digər əmrlə Həsənov DGK-nın Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə rəis vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Əhmədzadə bundan öncə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsin rəisinin 1-ci müavini vəzifəsini icra edirdi.