G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt Baş Gömrük İdarəsində tədbir keçirilib. Bu haqda Sumqayıt24 xəbər verir.
Zəfər Gününə həsr edilmiş tədbirdən öncə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və İdarənin kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb.
Burada Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yolundan, ordumuzun qazandığı şanlı qələbədən bəhs ediblər. Daha sonra rəşadətli ordumuzun 44 gün ərzində keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Sonda Sumqayıt Baş Gömrük İdarəsinin kollektivi adından tədbir iştirakçılarlna diplom və xatirə hədiyyələri təqdim edilib.