Sumqayıt şəhərinin N.Nərimanov küçəsində avtoqəza baş verib. Bu haqda 15 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə ötən gün, axşam radələrində küçənin 5-ci mikrorayona aid olan hissəsində qeydə alınıb. “BMW” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, günah “BMW”nin sürücüsündə olub.