Qida Təhlükəsizliyi əməkdaşları ticarət obyektlərində yoxlama keçiriblər. Sumqayıt24 bu barədə 10 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Monorinq zamanı Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 31/18 ünvanında yerləşən "Arzu" marketdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə bağlı nöqsan aşkar olunub. Müəyyən olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələbələrinə uyğun olaraq müvafiq tədbirlər görülüb.