AQTA Sumqayıt şəhərində fəaliyyət göstərən qida obyektlərində monitorinq keçirib. Sumqayıt24 bu barədə 23 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Yoxlama zamanı şəhərin H.Z. Tağıyev qəsəbəsində yerləşən "Rəhim" marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi ilə bağlı nöqsan müəyyən olunub. Aşkar edilmiş nöqsanla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.