Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirilib. Sumqayıt24 bu barədə 12 noyabr tarixində Yeni Azərbaycan Partiyası şəhər təşkilatına istinadən xəbər verir.
Aksiya YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar təşkil olunub. Burada partiyanın rəhbər şəxsləri və əməkdaşları, İH-nin məsul şəxsləri, Sumqayıt Bulvar MMC-nin rəhbəri və könüllülər iştirak ediblər. Tədbir iştirakçıları bulvar ərazisində 300 ədəd sərv və şam ağacları əkiblər.
Sonda YAP şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə partiya fəalları Fəxri fərmanla təltif olunublar.