Sumqayıtda sürücülərə bir sıra problem yaradan işıqfor problemi aradan qaldırılıb. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.
Söhbət 4-cü mikrorayon ərazisində qoyulmuş və sürücüləri çaşbaş salan “cırtdan” işıqfordan gedir. Artıq bu problem həllini tapıb və onun yerinə yeni, standartlara uyğun olan işıqfor qoyulub.