Sumqayıt dəmiryol vağzalında avtomobillərin parklanması ödənişli olub. Bu barədə 31 avqust tarixində “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər veririk.
Parklanma ərazisi yürüstü və yeraltı olmaqla 2 hissədən ibarətdir. Ərazidə eyni anda 120 avtomobilin dayanması üçün şərait yaradılıb. Yerüstü parklanmada 75, yeraltı parklanmada isə 45 avtomobil üçün yer mövcuddur.
Yerüstü dayanacaqlarda 12 saat üçün durma haqqı 50 qəpik, yeraltı dayanacaqlarda isə 1 manat təşkil edir. Ödənişlər yalnız ADY-nin keçid kartları vasitəsilə həyata keçirilir.
12 saatdan sonrakı hər 3 saata qədər əlavə durmaya görə ödəniş tələb olunur. Yəni yerüstü parklanmada əlavə 50 qəpik, yeraltı parklanmada isə əlavə 1 manat ödənilir.
ADY keçid kartlarını bütün sərnişin stansiyalarının kassalarından əldə etmək mümkündür.