Sumqayıtda dəniz qırağında qadın meyiti aşkarlanıb. Bu barədə Sumqayıt24 27 iyul tarixində Apa-ya istinadən məlumat verir.
Meyit dəniz sahilində iaşə obyektlərindən birinin yaxınlığında tapılıb. Araşdırma zamanı onun 23 yaşlı Şölə Abbasova olduğu və dənizdə boğulduğu məlum olub. Cəsəd aidiyyətı üzrə təhvil verilib.
Araşdırma davam edir.