Sumqayıt sahilində 2 meyit tapılıb. Bu barədə Sumqayıt24 17 avqust tarixində Apa-ya istinadən xəbər verir.
Hadisə istirahət mərkəzlərindən birinin sahilində qeydə alınıb. Həmin şəxslərin 34 yaşlı Vüsalə Paşayeva və 29 yaşlı Fərid Əzizli olduqları müəyyən olunub. Onların dənizdə boğularaq öldükləri məlum olub.
Faktla bağlı araşdırma aparılır.