Sumqayıt–Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, dənizkənarında yerləşən “Santo Mare” Ailəvi İstirahət Mərkəzində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə FHN-in müvafiq agentliyinin nümayəndələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunmuş tikili sökülüb.
View this post on Instagram