Sumqayıtda qəza nəticəsində bir nəfər vəfat edib. Bu haqda bu gün, 25 dekabr tarixində Xeberle.com məlumat yayıb.
Hadisə şəhərin H.Z. Tağıyev qəsəbəsində baş verib. 27 yaşlı Orxan Məmmədovu, dayanacaqda duran zaman avtobus vurub. Gənc xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Daha öncə, həmin qəsəbədə 35 yaşlı qadın dayanacaqda duran zaman onu minik avtomobili vurmuşdur.