Deputat Müşfiq Məmmədli 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində olub. Bu haqda o, şəxsi Facebook hesabında məlumat verib.
Deput mərkəzin fəaliyyəti ilə tanış olub və kollektivlə görüş keçirib. Tibb müəssisəsinin baş həkimi Təranə Mansurova çıxışında görülən işlər barədə məlumat verib, vətəndaşların məmnunluğunu təmin etmək məqsədilə qurulan iş prinsipini diqqətə çatdırıb.
Koronavirusla mübarizədə Sumqayıtın səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirən Müşfiq Məmmədli hər bir şəxsə təşəkkürünü bildirib.
Son olaraq təklif və problemlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.