Sumqayıt Diskussiya klubu tərəfindən məcburi köçkün qadınlardan ibarət olan müəllimlərlə təlim əsaslı görüş keçirilib. Sumqayıt24 bu barədə 30 yanvar tarixində Britaniyanın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir.
Şərq Qonşuluğunda Dayanıqlılığın Artırılması (BREN) layihəsi çərçivəsində keçirilən görüş Bərdədə yerləşən Ağdam 1 saylı tam orta məktəbində baş tutub. Burada mülkiyyət hüquqları haqqında, qadınların iqtisadi azadlığı və təhsildə qadınların rolu haqqında müzakirələr aparılıb.
Tədbir Böyük Britanya Hökumətinin dəstəyi ilə həyata keçirilib.