Bu gün, 21 yanvar tarixində Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edilib. Bu haqda universitetin rəsmi saytına istinadən xəbər veririk.
Bu dəfə, İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri imtahan sessiyasının gedişatını izləyiblər. Müşahidəçiləri Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov qəbul edib, onları imtahan sessiyası bərədə məlumatlandırıb.
Hüseynov bildirib ki, bu cür “Açıq qapı” günləri tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunmasından xəbər verir.