Sumqayıt Dövlət Universiteti (SDU) akkreditasiyadan keçməyib. Bunun səbəbləri açıqlanıb. Bu haqda APA-ya istinadən xəbər veririk.
Keyfiyyət Təminatı Departamentinin direktoru İlham Hümbətov bildirib ki, 2 ilə yaxındır ki, köhnə akkreditasiya qaydaları qüvvədən düşüb və yeniləri qəbul olunub. Bu səbəbdən SDU-nun akkreditasiyası dayandırılıb. Yeni meyarlar təsdiq olunan kimi Ali təhsil müəssisəsinin akkreditasiyası bərpa olunacaq.
Hümbətov əlavə edib ki, proses yekun mərhələdədir və yaxın zamanlarda yeni meyarlar qəbul olunacaq.