Sumqayıt Dövlət Universitetinin və Qazaxıstan Respublikasının X.Dosmuxamedov adına Atırau Universitetinin fakültələri arasında elmi-metodiki seminar keçirilib. Bu haqda SDU-nun rəsmi saytına istinadən xəbər veririk.
İkili diplom təhsil sisteminin inkişafına və təhsil proqramlarının təkmilləşdirilməsinə dair keçirilmiş onlayn seminar SDU-nun “İqtisadiyyat və idarəetmə fakültəsi”, Atırau Universitetinin isə “İqtisadiyyat və hüquq fakültəsi” tərəfindən təşkil olunub.
Vebinarda çıxış edən spikerlər, universitetlər arasında olan əməkdaşlıq bağları haqda danışıb.