Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsindən ayrılıb. Sumqayıt24 bu haqda bu gün, 4 may tarixində APA-ya istinadən xəbər verir.
Məlumata görə, Mübariz Həmidovun işindən ayrılma səbəbi təqaüd yaşına çatması olub. Hazırda sözügedən vəzifə müvəqqəti olaraq direktor müavini Vidadi Məmmədova həvalə olunub.
Qeyd edək ki, Həmidov 2018-ci ildən etibarən həmin teatrın direktoru olub.