Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə sənəd qəbulu keçirilir. Bu barədə 26 avqust tarixində adıçəkilən mərkəzə istinadən xəbər veririk.
Tələbə qəbulunun 1-ci mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 27 avqust saat 17:00-dək tələb olunan sənədləri peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müsabiqədən keçən şəxsin qeyd edilən tarixədək qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.