Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində fənn metodbirləşmə sədrləri ilə iclas keçirilib. Bu haqda 27 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə cari tədris ilində qarşıya qoyulan məqsədlər, prioritet məsələlər müzakirə olunub. Həmçinin illik tədris planlarının hazırlanmasına dair metodiki tövsiyələr verilib.
Toplantının yekununda şura üzvlərinə növbəti iclas üçün müvafiq təklif və tövsiyələrin təqdim edilməsi barədə göstəriş verilib.