“Məhsul sahibi marafonu”nun açılış mərasimi baş tutub. Sumqayıt24 bu barədə Sumqayıt Dövlət Universitetinə (SDU) istinadən xəbər verir.
Marafonda SDU, ADNSU, BMU, ADA Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ) və ADİU-dan ümumilikdə 14 komanda iştirak edəcək. Onlar startap ideyası üzərində işləyib prototip təqdim edəcəklər. Mərhələni uğurla tamamlayan komandalar birincilik uğrunda mübarizə aparacaqlar.
Burada şəhərimizi iki komanda - “Qeyri-səlis məntiq” və “İnnovativ Gənclik” təmsil edəcək.
Qeyd edək ki, marafon “PAŞA Bank”ın tərəfdaşlığı və “SUP VC” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.