"İlin Tələbə Gənclər Təşkilatının sədri" seçilib. Sumqayıt24 bu haqda 4 fevral tarixində xəbər verir.
Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə "ReBrend" forumu keçirilib. Sumqayıt Dövlət Universitetinin (SDU) TGT-nin sədri Elmin Novruzlu "İlin Tələbə Gənclər Təşkilatının sədri" adına layiq görülüb.
Qeyd edək ki, o, 2022-ci il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində fəal iştirak edib.