Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2 saylı regional bölməsi yeni ünvanda, yəni Sumqayıt şəhəri, Sülh küçəsi, 76-da fəaliyyət göstərəcək. Bu barədə 7 fevral tarixində Sumqayıt24 xəbər verir.
Bununla əlaqədar tədbir keçirilib. Burada Dövlət Xidmətinin nümayəndələri və sahibkarlar iştirak ediblər. Onlara istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı sahibkarların hüquq və vəzifələri barədə məlumat verilib, sualları isə cavablandırılıb.
Qeyd edək ki, yeni inzibati binada Azərbaycan Standartlaşdırma İnstitutunun Sumqayıt regional bölməsi, Azərbaycan Metrologiya İnstitutunun Şimal Regional Ərazi İdarəsi və İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin Abşeron regional bölməsi də fəaliyyət göstərəcək.