Sumqayıt Dövlət Dram Teatrında "Zəfər sədası" adlı konsert proqramı keçirilib. Sumqayıt24 bu barədə 7 noyabr tarixində teatra istinadən xəbər verir.
Tədbir şəhər İcra Hakimiyyəti və Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Burada qələbəmizin sevinci, Zəfər qürurumuz ədəbiyyatda, poeziyada, musiqidə təcəssüm olunub. Konsertdə Cavanşir Quliyevin, Faiq Sücəddinovun, Kamalın mahnıları səsləndirilib. Rövşən Qəhrəmanlı, Fərhad Allahverdiyev, Heydər Anatollu, Aynur İsgəndərli, Aytən Məhərrəmli vətənpərvərlik ruhu, yurd sevgisi aşılayan mahnılarla tamaşaçıların zövqünü oxşayıblar.