Sumqayıtda “Tarixi Zəfər” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 4 noyabr tarixində ATV News-a istinadən xəbər verir.
Şuşa ili çərçivəsində keçirilən tədbir Sumqayıt Dram Teatrında baş tutub. Toplantıda çıxış edənlər qazanılan zəfərin tarixi əhəmiyyəti barədə bəhs ediblər. Bildirilib ki, gənclərin milli vətənpərvər ruhda böyüməsi təhsil işçilərinin qarşısına duran ən mühüm vəzifələrdən biridir. Şagirdlərin ifasında hazırlanmış ədəbi-bədii kompozisiyalar müxtəlif səhnələr və rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Vətənpərvərlik mövzusuna həsr olunan tədbir bədii hissə ilə davam edib.