Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşa Bakıda təqdim edilib. Bu haqda bu gün, 1 iyul tarixində YAP Sumqayıt şəhər təşkilatına istinadən xəbər veririk.
Yazıçı-dramaturq Hidayətin Heydər Əliyevə həsr olunmuş “Burdan min atlı keçdi” pyesi Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunub. Tamaşada tarixən Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə başladığı dövrdə ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətindən bəhs edilir.
Sonda YAP Sumqayıt şəhər təşkilatının nümayəndələri Firudin Məhərrəmov və Sumqayıt Dram Teatrının aktyoru Oktay Mehdiyevlə xatirə şəkli çəkdiriblər.