Sumqayıt Dünya məktəbinin əməkdaşı və onun tələbələri real aykido üzrə dərəcəyə layiq görülüblər. Sumqayıt24 bu haqda məktəbin Facebook səhifəsinə istinadən xəbər verir.
Yaxın günlərdə Beynəlxalq Real Aykido Federasiyasının təşəbbüsü ilə keçirilən 8-ci beynəlxalq seminar və imtahanda ölkəmizin müvafiq federasiyası dünyada 1-ci yerə layiq görülüb.
Burada xüsusi imtahan verən Dünya məktəbinin əməkdaşı Fuad Məmmədov Beynəlxalq Federasiyanın vitse-prezidenti Fariz Abdullayev tərəfindən 1-ci Dan qara kəmər ustası dərəcəsinə layiq görülüb. Bundan əlavə onun 18 idmançısı da yeni kəmər dərəcələrini uğurla əldə ediblər.