Sumqayıtda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib. Sumqayıt24 bu barədə 28 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Strateji obyektlərin yanğın təhlükəsizliyi” mövzusunda təşkil olunan tədbir Sumqayıt Elektrik Stansiyasında baş tutub. Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları elektrik stansiyasının açıq paylayıcı qurğusunda, elektrik transformatorlarında, kabel kanallarında yanğın təhlükəsizliyi tədbirləri və avadanlıqların istismarı qaydalarına dair maarifləndiriblər.
Toplantıda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.