Sumqayıtda Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Sumqayit24.az xəbər verir ki, aksiyada "Sumqayıt" futbol klubunun, eləcə də "SOCAR Polymer" MMC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər. İştirakçılar tərəfindən onlarla ağac əkilib və onlara aqrotexniki qulluq göstərilib.