“Azərikimya” İstehsalat Birliyində qanvermə aksiyası keçirilib. Bu haqda 13 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Aksiyada “Sumqayıt” Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasov, komanda üzvləri İsa Suliman, Nihat Əhmədzadə, Abu Dosso və Masaki Murata, həmçinin klub akademiyasında çalışan məşqçilər və rəhbərlik fəal iştirak ediblər.
Layihə “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində, həmçinin “Heydər Əliyev ili” və Neftçilər Gününə həsr olunub.