Formula 1 Azərbaycan Qran-Prisinə bileti Sumqayıtda da əldə etmək olar. Sumqayıt24 bu haqda AZƏRTAC-a istinadən xəbər verir.
Yarış 10-12 iyun tarixlərində Bakıda keçiriləcək. Sumqayıt sakinləri biletləri "ASAN xidmət" mərkəzindən ala bilərlər. Ayaqüstü zonada yerli azarkeşlər üçün 1 günlük biletlərin qiyməti 90-160, tribunalarda 3 günlük 280-970, 16 yaşadək uşaqlar üçün isə 190-690 manat arasında dəyişir.
Qeyd edək ki, biletlər daha çox əcnəbilər tərəfindən alınır.