“Sumqayıt” Futbol Akademiyasına və əvəzedici komandasına rəhbərlik edən Hakan Sünal UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarına qatılıb. Bu haqda Report-a istinadən xəbər veririk.
Burada AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Firuz Abdulla “Sosial mediada ünsiyyət”, “Futbolun İnkişafı Fondu”nun (FİF) icraçı direktoru Tural Piriyev isə “Marketinq və komandanın idarə edilməsi” mövzusunda mühazirə oxuyublar.
Daha sonra, AFFA-nın baş həkimi Vyaçeslav Xomenko "İdman tibbindəki yeniliklər və futbolçuların tez-tez rastlaşdıqları zədələr", AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik isə "Oyun qaydaları, yeniliklər" və VAR protokolu ilə bağlı seminar keçirəcək.