Sumqayıtda məskunlaşan Füzuli rayon sakinləri ilə görüş keçirilib. Sumqayıt24 bu haqda deputat Vüqar Bayramovun rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir.
Burada Bayramov, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və rayon prokuroru Elnur Rüstəmov da iştirak ediblər. Görüş zamanı sakinləri narahat edən problemlər dinlənilib və onların qısa müddətdə həll olunması üçün uyğun tapşırıqlar verilib. Bəzi məsələlərin müvafiq qurumlar ilə müzakirəsi də razılaşdırılıb.
Əksər müraciətlər mənzil təminatı, məşğulluq, yardım və əlillik dərəcəsinin alınması ilə bağlı olub.
Dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğularının göndərilməsi də planlaşdırılır.