"Sumqayıt" klubu "Sabah"ın futbolçusu Rauf Rüstəmlini icarəyə götürüb.
Sumqayit24.az xəbər verir ki, yarımmüdafiəçi 1 il ərzində "Gənclik şəhəri”nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı"da top qovub. 21 yaşlı oyunçu U-17, U-19, U-21 və A milli komandalarımızın da şərəfini qoruyub.